Türk hücumçu Fransa klubuna keçdi

18:30 - 29 Avqust 2023

"Hatayspor"un hücumçusu Bertuğ Yıldırım karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu "Renn"ə keçib. Gənc forvard artıq Fransadadır və onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

"Renn" Türkiyə U-21 millisinin üzvü üçün Super Liqa təmsilçisinə 5 milyon avro və əlavə bonuslar ödəyəcək.

Qeyd edək ki, "Hatayspor" Bertuğ Yıldırımı 2021-ci ilin yayında "Sarıyer"dən transfer edib. Ön xətt oyunçusu cari mövsümdə Türkiyə çempionatında meydana çıxdığı 3 matçda 1 qol vurub.

Xəbər xətti