Mahir üçün "Bavariya"dan rəqib gəldi

19:10 - 30 Avqust 2023

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Xorvatiya təmsilçisi "Bavariya"dan Qabriel Vidoviçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı sol vinger 2023/2024 mövsümünü icarə əsasında "Dinamo"nun heyətində keçirəcək. Zaqreb təmsilçisi gənc oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Qabriel Vidoviç "Bavariya"nın yetirməsidir. Xorvatiya U-21 millisinin üzvü son mövsümü icarə əsasında Niderlandın "Vitess" klubunda keçirib.

Xəbər xətti