"Qarabağ"ın qapıçısı: "Hekken"lə matçda yaxşı mübarizə aparmaq istəyirik"

11:32 - 5 Oktyabr 2023

"Əsas odur ki, adaptasiya prosesi yaxşı keçdi. Özümü "Qarabağ"da rahat hiss edirəm. Qalanları öz-özünə düzələcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında Andrey Lunyov deyib. "Qarabağ"ın qolkiperi Andrey Lunyov Avropa Liqasının H qrupunun "Hekken"ə qarşı keçiriləcək matçından gözləntilərini də bildirib. O, bu gün komandasının İsveçdəki görüşü haqda bunları deyib:

"Böyük məqsədlərimiz var. Qarşımıza yüksək hədəflər qoyuruq. “Hekken”lə matçda yaxşı oyun göstərib, mübarizə aparmaq istəyirik. Daha güclü turnirdə yüksək keyfiyyətli oyun nümayiş etdirməliyik. Təbii ki, fərqli yanaşma, başqa məsuliyyət var. Üstəlik, avrokuboklarda atmosfer və təzyiq fərqlidir".

Qeyd edək ki, “Hekken” – “Qarabağ” matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mirbağırağa

Xəbər xətti