"Roma" baş məşqçisi ilə yollarını ayırmağı planlaşdırır

15:49 - 8 Oktyabr 2023

"Roma" baş məşqçisi Joze Mourinyo ilə işbirliyinə son qoymağı planlaşdırır.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "canavarlar" "Kalyari"yə uduzacağı təqdirdə portuqaliyalı məşqçini istefaya yollayacaq.

"Roma"nın yeni baş məşqçisinin Diter Flik olacağı da iddia edilir. Adıçəkilən mütəxəssis sentyabrda Almaniya millisindəki postundan göndərilmişdi. Paytaxt klubu İtaliya A seriyasında 7 turdan sonra 8 xalla 13-cü pillədədir.

"Kalyari" - "Roma" görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə 20:00-da start götürəcək.
 

Xəbər xətti