Millimizin üzvü "Göztəpə"yə qarşı oynadı

10:49 - 27 Noyabr 2023

Türkiyədə birinci liqasının 13-cü turunun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” səfərdə “Göztəpə” ilə qarşılaşıb.

Görüş qonaqların məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Həsənalızadə bütün oyunu meydanda olub. "Tuzlaspor" 11 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti