"Qarabağ" Bakıda məşq edəcək, Qurban Qurbanov mətbuat önünə Norveçdə çıxacaq

14:32 - 27 Noyabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Molde"nin (Norveç) qonağı olacaq "Qarabağ"ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq sabah – noyabrın 28-də “Azersun Arena”da baş tutacaq. Hazırlıq prosesi saat 18:30-da başlayacaq.

Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda keçiriləcək “Molde” – “Qarabağ” matçı yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) start götürəcək.

Xəbər xətti