Millimizin üzvü növbəti matçını keçirdi, komandası uduzdu

19:56 - 1 Dekabr 2023

Bolqarıstan çempionatında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” öz meydanında “Botev”i (Plovdiv) qəbul edib.

Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Hüseynov 75-ci dəqiqədə meydana daxil olub. Hazırda “Arda” 28 xalla 7-ci yerdədir.

Xəbər xətti