"Bavariya" üçün ciddi itki

16:18 - 2 Dekabr 2023

"Bavariya"nın müdafiəçisi Buna Sarr sıradan çıxıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı məşq zamanı sol dizinin ön çarpaz bağı qopub. 

Sarr dünən əməliyyat olunub və buna görə də bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

31 yaşlı futbolçu 2020-ci il oktyabrın 5-də “Marsel”dən "Bavariya"ya keçib. Onun Münhen klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti