"Biz Premyer Liqanı qazanacağıq"

17:49 - 6 Dekabr 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqasını qazanmaq ehtimalından danışıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ispaniyalı məşqçi komandasının bunu reallaşdıracaq gücdə olduğunu söyləyib:

"Əgər soruşursunuzsa, deyim. Məncə, biz Premyer Liqanı qazanacağıq. Bu haqda düşünürəm. “Liverpul” və "Tottenhem"ə qarşı göstərdiyimiz performansı təkrarlasaq, bunu reallaşdıra bilərik. Amma əlbəttə ki, bu, o qədər də asan olmayacaq".

Hazırda “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir. 
 

Xəbər xətti