"Milan" "Betis"in futbolçusunu transfer edəcək

10:49 - 7 Dekabr 2023

“Milan” qışda “Betis”in sol cinah müdafiəçisi Xuan Mirandanı transfer emtəyi planlaşdırır.

Sportal.az “X” social şəbəkəsinə istinadən xəbər verir ki, "rossonyerlər” 23 yaşlı futbolçunun özü ilə şəxsi 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qış “transfer pəncərəsi”ndə futbolçunun transferi üçün 2 milyon avro təklif olunacaq.

"Barselona" və "Şalke"də oynamış ispaniyalı 2020-ci ildən "Betis"ə keçib.

Xəbər xətti