"Bavariya"nın futbolçusu ən yaxşı seçildi

19:33 - 2 Yanvar 2024

Cənubi Koreyada 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı "Bavariya"nın müdafiəçisi Kim Min Ce seçilib. 27 yaşlı futbolçu sorğuda “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.

Kim Min Ce 2023-cü ildə "Napoli" ilə İtaliya çempionu olub. O, yayda "Bavariya"ya keçib.

Xəbər xətti