"Atalanta" 20 yaşlı müdafiəçi üçün 60 milyon avro tələb edir

18:15 - 6 Yanvar 2024

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Atalanta"da çıxış edən Corcio Skalvinidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırımızı şeytanlar" 20 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.

Gənc oynçu üçün "Atalanta" 60 milyon avro tələb edir. "Milan" və "Yuventus" da futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Corcio Skalvini "Atalanta"nın yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti