Türkiyəli debütünü şərh etdi: "Real" mənim uşaqlıq arzumdur, çox xoşbəxtəm"

16:34 - 8 Yanvar 2024

Türkiyə millisinin 18 yaşlı yarımmüdafiəçisi Arda Güler İspaniya kubokunun 1/16 finalının "Arandina" ilə görüşündə (3:1) “Real”ın heyətində debüt edib. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, gənc futbolçu "kral klubu"dakı ilk oyununu şərh edib. O, həmçinin baş məşqçi Karlo Ançelottinin ona verdiyi dəstəkdən söhbət açıb: 

"Hisslərimi sözlə ifadə edə bilmərəm. Çünki "Real" mənim uşaqlıq arzumdur. Mən bunu uzun illər idi ki, gözləyirdim. Çox xoşbəxtəm ki, arzum gerçəkləşdi. Ançelotti məşq zamanı və sonra həmişə mənimlə maraqlanır. O, həm də mənə çox güvən verir. Etimadını doğrultmaq üçün mümkün olan hər şeyi edirəm”.

Xatırladaq ki, Arda Güler 2023-cü ilin yayında “Fənərbaxça”dan 20 milyon avroya “Real”a keçmişdi. O vaxtdan bəri türkiyəli “kral klubu”nun heyətində bir matça da çıxmamışdı. 

Xəbər xətti