"Qarabağ"ın rəqibi finala vəsiqə qazandı

10:18 - 24 Yanvar 2024

Portuqaliya liqa kubokunda yarımfinal matçları baş tutub. 

Sportal.az xəbər verir ki, ilk yarımfinal matçında "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" “Sportinq”lə qarşılaşıb. 

"Braqa" evdə rəqibinə 1:0 qalib gələrək finala vəsiqə qazanıb. Yarımfinalın digər cütündə isə "Benfika" "Eştoril"lə oynayacaq. 

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə fevralın 15-də Portuqaliyada, 22-də isə Bakıda qarşılaşacaq. 

Xəbər xətti