"Qarabağ"ın rəqibi PSJ-nin futbolçusu ilə anlaşdı

11:47 - 24 Yanvar 2024

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" PSJ-dən Şer Nduru ilə anlaşıb. 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Braqa"nın formasını geyinəcək. İtaliyalı futbolçu "Breşiya"nın yetirməsidir. Yarımmüdafiəçi İtaliya U-21 yığmasının da üzvüdür.

Ndur PSJ-yə 2023-cü ilin yayında Portuqaliyanın digər təmsilçisi "Benfika"dan keçib. Futbolçu Bu mövsüm parislilərin heyətində 4 matçda iştirak edib, 1 qol vurub.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də Portuqaliyada, cavab görüşünü isə fevralın 22-də Bakıda keçirəcək.

 

Xəbər xətti