"Qarabağ"ın gücünü yaxşı bilirik, onlar həm avrokuboklarda, həm də çempionatda əla çıxış edirlər"

13:18 - 27 Yanvar 2024

"Biz oyundan-oyuna növbəti matçımızı düşünürük. Son turda qalib gəldik. Bu da bizi çox sevindirdi. "Qarabağ"la görüşə hazırlaşmışdıq. Artıq tam hazırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in qolkiperi İqor Rodriqes deyib.

Portuqaliyalı qapıçı bu gün Premyer Liqanın 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək matçdan gözləntilərini bildirib:

"Qarabağ"ın gücünü yaxşı bilirik. Onlar avrokuboklarda və daxili çempionatda əla çıxış edirlər. Amma biz istənilən komanda ilə görüşdə uğurlu çıxış etmək üçün oyunlara ən yaxşı şəkildə hazırlaşırıq. Futbolda hər cür nəticə mümkündür".

Qeyd edək ki, “Kəpəz – “Qarabağ” matçı bu gün keçiriləcək və oyuna 15:00-da start veriləcək.

Mirbağırağa
 

Xəbər xətti