Albaniya millisinin üzvü "Beşiktaş"da

11:58 - 10 Fevral 2024

"Beşiktaş" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki. istanbul təmsilçisi "Legiya"dan Ernest Muçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" albaniyalı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Legiya" Ernest Muçini 2021-ci ilin fevral ayından "Tirana"dan transfer etmişdi. Albaniya millisinin üzvü olan 22 yaşlı futbolçu bu mövsüm Varşava təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti