"Mançester Siti" ulduz futbolçuya qiymət qoydu

13:25 - 25 Fevral 2024

Kevin de Bröyne mövsümün sonunda "Mançester Siti"dən ayrıla bilər.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

"Mançester Siti" yayda ulduz futbolçunu satmağa hazırdır. Bu barədə "Talk Sport" məlumat yayıb. "Şəhərlilər" 32 yaşlı futbolçuya 100 milyon funt-sterlinq qiymət qoyub.

Qeyd edək ki, "Mançester Siti" Kevin de Bröyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti