Qurban Qurbanovla maraqlandığı deyilən klub baş məşqçisini istefaya yolladı

13:51 - 13 Mart 2024

"Latsio" Mauritsio Sarri ilə yollarını rəsmi şəkildə ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Roma təmsilçisi təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edib. "Qartallar" müvəqqəti olaraq baş məşqçi postunu Covanni Martuşelloya tapşırılıb. 

Yayılan məlumata əsasən, "Latsio" rəhbərliyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu baş məşqçi postuna dəvət etmək istəyir.

Xəbər xətti