"Bavariya"nın müdafiəçisi İtaliyaya qayıdır

17:37 - 23 Mart 2024

"Bavariya"nın müdafiəçisi Kim Min-Je yenidən İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, koreyalı futbolçunu "İnter" transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Milan təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq. Futbolçu özü də son zamanlarda az forma şansı qazandığı üçün komandadan ayrılmaq istəyir.

Qeyd edək ki, "Bavariya" Kim Min-Jeni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti