"Barselona"nın futbolçusu "Beşiktaş"a keçə bilər

20:20 - 4 Aprel 2024

"Barselona"nın futbolçusu Oriol Romeu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" 32 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Qara qartallar" əsas heyətdə şans qazanmayan təcrübəli yarımmüdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Oriol Romeunu mövsümün əvvəlində "Jirona"dan transfer edib. İspan futbolçu komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Pnun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Xəbər xətti