İntizarla gözlədiyimiz İnkişaf Strategiyası hələ də bir sirr, müəmma kimi qalır. Belçikalıları gətirib bəh-bəhlə strategiya hazırlansa da, icrası ertələnə-ertələnə gedir. Düzü, bu prosesin hara getdiyini yəqin ki, heç AFFA özü də bilmir. Kənardan belə görünür ki, ideya var, onu icra etməyə maliyyə yoxdur. Onu artıq tək Rövşən Nəcəf bilir ki, İnkişaf Strategiyası hazırlamaq qərarı veriləndə, nəyə, kimə ümid edilmişdi...
Ləngliyin, hərəkətsizliyin fonunda AFFA-nın baş katibi Cahangir Fərəcullayevin əl-qolunu sallamaması, nələrisə dəyişmək istəyi müəyyən mənada nikbinlik verir. Baş katib uzun illərdi AFFA-da çalışan bararıqlı kadrları daha yaxşı vəzifələrə çəkməklə xoş niyyətini ortaya qoymuşdu. Fərəcullayev göstərmişdi ki, onun üçün "filankəsin adamı" anlayışı yoxdur. Yaxşıdırsa, bacarırsa, çalışacaq. Cahangir bəy bununla həm də hamıya ismarıc verir ki, kiməsə "Elxan Məmmədovun adamı" damğasını vurub işdən çıxartmaq niyyətində deyil!
Ötən gün AFFA-da daha bir təyinat gerçəkləşdi. Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin edildi. Ölkə futbolunun "ən iti gözü" sayılan Musayevə AFFA-da vəzifə verilməsi az qala hamı üçün gözlənilməzlik oldu.
Musayev açıqlamasında deyib ki, bu təyinat Canahgir Fərəcullayevin təşəbbüsüdür. Nə xoş, nə gözəl! Bu, işartıdır. Belə görünür ki, Cahangir bəyin gəlişi ilə AFFA-nın qapıları futbol adamlarına da açılır.
Uzun illərdi əsl futbol adamlarına az qala düşmən gözü ilə baxan, onları həzm etməyən, ciddi vəzifələrə yaxın buraxmayan əvvəlki AFFA rəhbərliyindən fərqli olaraq, Fərəcullayev başqa dünyagörüşlü olduğunu göstərir.
Bəxtiyar Musayev bacarıqlı skaut, sözünü deyən futbol adamıdı. İşlədiyi hər yerdə bacarığını ortaya qoyub. AFFA-da da uğurlu olacağına ümid edirik.
Uğurlar, "Baxa"!
Həmid
saytlarin hazirlanmasi