Azərbaycan güləşçiləri iyulun 17-dən 20-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində iştirak edəcəklər.
Sportal.az xəbər verir ki, ilin son reytinq yarışında ölkəmiz sərbəst və yunan-Roma güləşçiləri ilə təmsil olunacaq.
Baş məşqçi Xetaq Qazyumovla böyük məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov (hər ikisi 92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında isə yunan-Roma güləşçilərimiz - Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Həsrət Cəfərov, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Ülvü Qənizadə (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yarışacaq.
Yarış BOK İdman Sarayında təşkil ediləcək. Reytinq turnirində I dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.
saytlarin hazirlanmasi