"Beşiktaş" heyətini italiyalı futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "qara qartallar" İtaliya millisinin keçmiş üzvü Cakomo Bonaventuranı transfer etmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir. Azad agent statusuna malik olan Bonaventura Türkiyədə oynamağa razılıq verib.
İtaliya millisinin sabiq üzvü “Atalanta”, “Padova”, “Milan”, “Fiorentina” və “Əl-Şabab” klublarında çıxış edib.