Azərbaycanlı futbolçu oynadı, komandası uduzdu - VİDEO

11:55 - 21 Oktyabr 2025

Kosova çempionatının növbəti turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Elmir Tağıyevin formasına geyindiyi “Drenitsa” doğma meydanda lider “Priştina”nı qəbul edib.

Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Tağıyev görüşə start heyətdə başlayıb.

Xatırladaq ki, “Drenitsa” 11 xalla 5-ci sırada qərarlaşıb.

Xəbər xətti