"Sabah" Gənclər Liqasında "Nant"a qarşı

10:18 - 22 Oktyabr 2025

"Sabah"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk sınağına çıxacaq.

Sportal.az xəbər verir ki, U-19 liqasında Azərbaycan çempionu olmuş təmsilçimiz Fransada "Nant"la qarşılaşacaq.

Həmin oyuna Bakı vaxtı ilə 19:00-da start veriləcək.

Cavab qarşılaşması noyabrın 5-də Bakıda baş tutacaq. 

Xəbər xətti