Rusiya millisinin qapıçısı seçim qarşısında: "Sportinq", "Braqa", "Valensiya"

13:18 - 22 Oktyabr 2025

PSJ-nin qapıçısı Matvey Safonovu heyətinə qatmaqda maraqlı olan klubların adı açıqlanıb. 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Safonovun transferini "Sportinq”, "Braqa", "Valensiya" nəzərdən keçirir.

PSJ bu qış Safonovla yollarını ayırmağa hazırdır. Futbolçunun özü də yeni kluba açıqdır.

26 yaşlı qapıçının Paris təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
 

Xəbər xətti