"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyununa çıxır. Amma bu, sıradan oyun deyil, iki parlaq qələbədən sonra gələn oyundur.
Adamın inanmağı gəlmir, lakin bu gerçəklikdir. Ötən mövsüm Avropa Liqasında sonuncu olan, səkkiz oyuna cəmi bir qələbə qazanan "Qarabağ" hal-hazırda Çempionlar Liqasının liderləri cərgəsindədir.
Avropanın gözü bu gecə Bilbaoda olacaq. Bu nağıl bitməsin! Könlünü "Qarabağ"a verən azarkeşlər təskinliyini Qurban Qurbanovun komandasında tapır. Ölkə futbolunda ürəkaçan başqa nə var ki...
ÇL-də ilk 24 komanda arasına düşmək möcüzə kimi görünür. Deyirlər, ümid sonda ölür. Amma "Qarabağ" hələ yolun başlanğıcındadır. Qarşıda 6 oyun, mümkün 18 xal var. 6 xal "cibimizdə", 18 mümkündən heç olmasa, 6-7 xal da qazanılsa, "Qarabağ" möcüzəni gerçəyə çevirəcək.
Həmid
saytlarin hazirlanmasi