"Qarabağ" səfər oyunlarında daha təhlükəlidir" - ispaniyalı futbolçu

14:51 - 22 Oktyabr 2025

"Qarabağ"ın sabiq futbolçusu Miçel ölkəsinin mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Atletik"lə matçında öncə sabiqq komandası haqda danıışıb. Miçel "Qarabağ"ın onun üçün dəyərli klub olduğunu bildirib:

"Qarabağ"da beş möhtəşəm il keçirdim. Klub, Bakı və Azərbaycan mənim üçün ikinci ev kimidir. "Qarabağ" çox gözəl bir klubdur, orada çox zəhmətkeş insanları var. Bu klub həqiqətən dəyərlidir. Ora haqda heç vaxt pis söz deyə bilmərəm. Ölkə, xüsusilə də Bakı, çox inkişaf edir və orada çox maraqlı işlər görülür.

Komanda çox inkişaf edib və çox yaxşı transferlər həyata keçiriblər. Qurban Qurbanov mənim üçün, şəxsən, Manolo Presiadonu çıxmaq şərtilə, işlədiyim ən yaxşı məşqçilərdən biridir. Onun işlərinin bu qədər uğurlu getdiyinə görə qürur duyuram. Üstəlik, o, mənə çox şey öyrədib. O, futbolçularının iki gün əvvəlcədən oyuna tam hazır və diqqətli olmasını istəyən bir məşqçidir.

"Qarabağ" müdafiədən hücuma çox sürətli keçid edir, ön xətdə çox sürətli və bacarıqlı futbolçulara sahibdir. Məncə, Azərbaycan klubu səfər oyunlarında daha təhlükəlidir. Xüsusilə də birinci turda "Benfika"ya qarşı 0:2-dən geridönüş etdikdən sonra bunu daha da aydın şəkildə göstərdilər".

Xəbər xətti