Millimizin üzvü oynamadı, komandası məğlub oldu

22:08 - 4 Dekabr 2025

Albaniyada futbol üzrə ölkə çempionatının 14-cü turu keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda "Flamurtari" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Zamiq bu matçda meydana daxil ola bilməyib.

Qeyd edək ki, “Eqnatiya” 25 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti