Öncə Fred Qrim, daha sonra Qurban Qurbanov

13:36 - 8 Dekabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-da saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da “Neftçi” Futbol Mərkəzində, baş məşqçi Fred Qrimin mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq. 

Xəbər xətti