"Sabah" "Neftçi" ilə matça itkilərlə çıxacaq

13:49 - 8 Dekabr 2025

“Sabah” Misli Premyer Liqasının 14-cü turunda “Neftçi” ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi bu oyuna itkilərlə çıxacaq. Valdas Dambrauskas zədəli Zinəddin Uld-Xaled, Boyan Letiç, Pavol Şafranko və Nyeqoş Kupusoviçin xidmətindən istifadə edə bilməyəcək.

İvan Lepinitsa və Cessi Sekidikinin də heyətdə yer alması dəqiq deyil. Hər iki futbolçunun da kiçik zədələri var idi.

“Neftçi”nin heyətində isə heç bir itki yoxdur. Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı bu gün Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Xəbər xətti