“Espanyol” “Barselona” ilə oyun üçün xüsusi təhlükəsizlik tədbirləri görüb.
Sportal.az xəbər verir ki, Kataloniya derbisindən öncə gərginliyin əsas səbəbi yayda 25 milyon avro qarşılığında "blauqrana”ya keçən Xoan Qarsiyadır. Bu barədə "marca" nəşri məlumat yayıb.
"Kornelya-El Prat" stadionunda hər iki qapının arxasında mühafizə torları quraşdırılacaq. Klub rəhbərliyi keçidi xəyanət kimi dəyərləndirən azarkeşlərin qapıçıya tərəf əşyalar atmasının qarşısını almağı hədəfləyir. Bundan əlavə, oyunda sərt giriş qaydaları tətbiq olunacaq:
Simvolikaya qadağa: Üzərində “Barselona”ya aid hər hansı atribut (forma, papaq, bayraq və s.) olan azarkeşlərin tribunaya girişi qadağan ediləcək.
Ciddi yoxlama: Girişdə noutbuk, dəbilqə, çamadan və iri çantaların stadiona keçirilməsinə icazə verilməyəcək. Nnəzəri olaraq meydançaya atıla biləcək bütün əşyalar qadağandır.
Xoan Qarsiya üçün bu, keçmiş komandasına qarşı ilk oyun olacaq. Eyni zamanda “Espanyol” son illərin ən yaxşı mövsümlərindən birini keçirərək La Liqada 5-ci pillədə qərarlaşıb, “Barselona” isə turnir cədvəlinə liderlik edir.
saytlarin hazirlanmasi
