Milliyə "Real"dan futbolçu dəvət etməyən baş məşqçidən açıqlama

19:15 - 25 May 2026

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente "Real"ın futbolçularının dünya çempionatının iştirak ərizəsində yer almamasını şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis yığmaya oyunçu seçərkən onların hansı klubda çıxış etmələrini nəzərə almadığını deyib:

​“Oyunçuların hansı klubdan gəldiyinə baxmıram. Bəzi azarkeşlərdə ola biləcək belə regional təfəkkürə sahib deyiləm. Bu, mənim üçün xüsusi bir maraq kəsb etmir. Heç kimə məsləhət verə bilmərəm. Sadəcə futbolçulardan, artıq etdikləri kimi, bu ölkənin rənglərini hiss etmələrini xahiş edirəm”.

​Xatırladaq ki, bir müddət əvvəl İspaniya milli komandasının DÇ-2026-nın final mərhələsi üçün heyəti açıqlanıb. Siyahıya "Real"ın heç bir futbolçusu daxil edilməyib.

Xəbər xətti