Beş futbolçu "Şamaxı"nı tərk etdi

16:13 - 26 May 2026

"Şamaxı" beş futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb və həmin futbolçular məxsus olduqları klublarına qayıdıb.

"Şamaxı" futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.


Xəbər xətti