Konfrans Liqasının təsnifat mərhələsində "Neftçi" və "Turan Tovuz"un daha bir rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Konfrans Liqasının təsnifat mərhələsinə 1-ci mərhələdən başlayacaq “Neftçi” üçün növbəti rəqib “Petrovaç” (Monteneqro) olub.
Beləliklə, hazırda püşkatmada sıradan çıxacaq komandalar arasında yer alacaq “Neftçi” 26 potensial rəqibdən 24-nü öyrənib: “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlveş”(Finlandiya), “Santa Koloma” (Andorra), “Konnas Kuey”(Uels), “Bohemians” İrlandiya), “Styarnan” (İslandiya), “Avropa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malışeva” (Kosovo), “Elimai”(Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar Bar” (Monteneqro), “Marsaşlokk”(Malta), “Nomme Kalyu” (Estoniya), “Karnarfon Taun” (Uels), “Mondorf les Ben” (Lüksemburq) və “Petrovaç” (Monteneqro).
Albaniya və Lüksemburqdan gələcək komandalarla “Neftçi”nin bütün potensial rəqibləri bəlli olacaq. Birinci mərhələnin püşkatması 16 iyunda, oyunlar isə 9 və 16 iyulda keçiriləcək.
Turnirə ikinci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnmişlər arasında yer alacaq “Turan Tovuz” üçün isə daha iki potensial rəqibi var: “Braqa” (Portuqaliya) və “Rapid” (Avstriya).
Beləliklə, “Turan Tovuz”un 41 potensial rəqibindən 25-i bəllidir: “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Rakov” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK(Kipr), “Başakşəhər”(Türkiyə), Riyeka(Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HJK (Finlandiya), “Jrinski”(Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradec Kralove” (Çexiya), “Austriya” (Avstriya), “Katovitse” (Polşa), “Vaduts” (Lixtenşteyn), “Norşelland”(Danimarka), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları) və “Sion” (İsveçrə).
Püşkatma iyunun 17-də, oyunlar isə 23-30 iyulda keçiriləcək.
saytlarin hazirlanmasi
