"Milan"ın futbolçusu karyerasını başa vuracaq

12:19 - 27 May 2026

“Milan” və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra aktiv futbolçu karyerasını başa vurmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Tərəflər müqavilənin müddətini artırmaq niyyətində deyillər. Modriç "Milan"da 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbər xətti