Qazaxıstan mətbuatının iddiasına görə, Stas Pokatilov “Sabah”da qalmaq üçün bir neçə təklifi rədd edib.
Sportal.az "Asnews.kz" portalına istinadən xəbər verir ki, qazax qolkiperə bir neçə klubdan real təklif olsa da, o, karyerasına Azərbaycan çempionunun heyətində davam etmək istəyib.
Qazax həmkarlarımızın iddiasına görə, 33 yaşlı qapıçıya “Aktobe”, “Elimai”, "Tobol", eləcə də Rusiya və Türkiyə liqalarından iki komanda təklif irəli sürüb. Lakin o, “Sabah"la müqavilə müddətinin 2027-ci il iyunun 30-na qədər artırıb.
Qeyd edək ki, 33 yaşlı qapıçı “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat”, “Tobol” klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi
