"Yuventus" Andrea Kambiaso ilə yollarını ayıra bilər.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, müdafiəçi artıq satılmaz oyunçu hesab edilmir və onun transferindən əldə olunacaq 40-50 milyon avro gəlir klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər.
Bir ay əvvəl 26 yaşlı futbolçu ilə "Barselona" maraqlanırdı, daha sonra isə "Komo" onu transfer etmək istəyən klublar sırasına qoşuldu. İndi isə italiyalını heyətinə qatmaq istəyən klub "Çelsi"dir. Kambiaso komandada bir sıra top-klubların maraq dairəsində olan Mark Kukurellanın yerini tuta bilər.
Cari mövsümdə Andrea Kambiaso A Seriyasında 36 oyuna çıxıb və 3 qol vurub.
saytlarin hazirlanmasi
