"Real"ın prezidentliyə namizədi Enrike Rikelme "Barselona"nı Sequndada görmək istədiyini söyləyib.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Enrike Kataloniya klubunun fəaliyyət göstərib-göstərməməsinin onun üçün maraqlı olmadığını deyib:
"Barselona"”nı Sequndada görmək istəyirəm. Bu, məni xoşbəxt edərdi. "Barselona"nın bir klub olaraq yoxa çıxmasını istəyib-istəmədiyimə gəldikdə, bununla bağlı heç bir problemim olmazdı. “Real”ın qalib gəlməsini istəyirəm. Digərlərinin necə olması o qədər önəmli deyil”.
saytlarin hazirlanmasi
