Yunanıstan çempionu AEK hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Trabzonspor"dan Aleksandr Zubkovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu bu keçiddən 4,5 milyon avro gəlir əldə edəcək. 29 yaşlı vinger Yunanıstan klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksandr Zubkov 2025/26 mövsümündə "Trabzonspor"un heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
