Azərbaycan millisi Maltaya məğlub oldu - YENİLƏNİB

23:54 - 5 İyun 2026

Bu gün Azərbaycan milli komandası yoldaşlıq matçına çıxıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan matçda Malta millisi 1:0 hesablı qələbə qazanıb.

Yığma komandamız Avstriya toplanışında növbəti görüşünü iyunun 9-da San Marinoya qarşı keçirəcək.

Yoldaşlıq oyunu

5 iyun

22:00 Azərbaycan – Malta 0:2

Qollar: Mbonq,65, Satariano, 86
Macarıstan, “Haladaş” stadionu

Xəbər xətti