"Barselona" Xulian Alvaresin transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilmir.
Sportal.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun "Atletiko" hücumçusu üçün təxminən 100 milyon avro təklif etdiyi, lakin Madrid təmsilçisinin futbolçunu buraxmaqdan imtina etdiyi bildirilmişdi. Danışıqlar prosesi dalana dirənib. “Atletiko” argentinalı futbolçunu satmaq niyyətində deyil, çünki o, klubun növbəti mövsümlə bağlı planlarının vacib hissəsidir.
Məlumata əsasən, hazırda yeganə real variant Arsenala keçid hesab olunur. Lakin Xulian Alvarez bu seçimi nəzərdən keçirmir. O, “Atletiko”dan ayrılacağı təqdirdə “Barselona”ya keçməyə üstünlük verir, amma transferin baş tutması üçün kluba təzyiq göstərmək və ya prosesi sürətləndirmək niyyətində deyil.
Alvares ötən mövsüm La Ligada 29 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
