"Cenoa" ilə müqaviləsi başa çatan Ruslan Malinovski karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Trabzonspor" ukraynalı yarımmüdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa nəhəngi 31 yaşlı futbolçu ilə 2029-cu ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Ruslan Malinovski2024-cü ilin yanvarından "Cenoa"da çıxış edirdi. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
