“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu, Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Oyun iyunun 27-də keçiriləcək. Lakin klubun rəsmi saytında qeyd edildiyi kimi, bu matç baş tutmaya bilər.
Çünki Sofiya klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında "Qarabağ”ın potensial rəqiblərindəndir.
Qeyd etmək lazımdır ki, "Qarabağ"ın özü hələlik qarşıdakı təlim-məşq toplanışı üçün rəqiblərini açıqlamayıb.
saytlarin hazirlanmasi
