"Bavariya" Reşfordu transfer etmək istəyir

15:11 - 8 İyun 2026

"Mançester Yunayted"in futbolçusu markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya çempionu 28 yaşlı oyunçu üçün "qırmızı şeytanlar" 34,5 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Markus Reşford ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edib. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti