"Qalatasaray" Fransa millisinin üzvü üçün hərəkətə keçdi

15:32 - 8 İyun 2026

"Real"ın əsas heyətində yerini itirən Eduardo Kamavinqa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Türkiyə çempionu həm 23 yaşlı yadımmüdafiəçinin özü ilə, həm də klubu ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti