Danimarka klubu "Real"dan 30 milyon avro tələb edir

16:15 - 8 İyun 2026

"Norşellann"da çıxış edən Kaleb Yirenki karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" qanalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Danimarka klubu 20 yaşlı yarımmüdafiəçini satmağa hazırdır. Onlar gənc oyunçu üçün 30 milyon avro tələb edirlər.

Qeyd edək ki, 2024-cü ilin yanvarında "Norşellann"a qoşulub. Qana millisinin üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti