İstanbul klubunun vingeri "Roma"nın hədəfində

16:57 - 25 İyul 2026

"Fənərbaxça"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Roma" türkiyəli vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm  Konur məlumat yayıb.

Paytaxt klubunun baş məşqçisi Can Pyero Qasperini rəhbərlikdən Keremin transferini istəyib. "Roma"nın 27 yaşlı ön xətt oyunçusu üçün yaxın vaxtlarda Türkiyə nəhəngi ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Kerem Aktürkoğlunu 2025-ci ilin yayında "Benfika"dan 22,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti