"Tarixi nəticə əldə etdik" - Valdas Dambrauskas

22:01 - 28 İyul 2026

Bu gün “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb.Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşıb.Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:

“İlk növbədə komandamı, azarkeşlərimizi, klub rəhbərliyini və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Tarixi nəticə əldə etdik və avrokubokların əsas mərhələsində yerimizi təmin etdik. Çox çətin oyundan sonra buna nail olduğumuz üçün qürur duyuram. “KuPS" azarkeşlərini də təbrik edirəm. Onlar komandaları ilə fəxr edə bilərlər. İlk oyundan sonra vəziyyət onlar üçün çətin idi. Biz 1:0 qalib gəlsək də, böyük üstünlüyümüz var idi və bundan yararlana bilməmişdik. Rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşdı. Düşünürəm ki, ilk hissədə meydanda daha yaxşı tərəf onlar idi.

Xoşbəxtlikdən ilk hissədə qol buraxmadıq. Fasilədə müəyyən düzəlişlər etdik. Futbolçularım deyilənləri diqqətlə yerinə yetirdilər və ikinci hissədə daha çox üstünlük qazandıq. Xüsusilə ilk qoldan sonra oyuna tam nəzarət etdik. İki oyunun nəticəsinə görə layiqli şəkildə növbəti mərhələyə yüksəldik.

“KuPS"a Finlandiya çempionatında və Avropa Liqasında uğurlar arzulayıram. Biz isə artıq bu gün Azərbaycana qayıdırıq və Çempionlar Liqasındakı növbəti oyuna hazırlaşacağıq.”

İlk oyundan sonra taktiki yanaşmanı dəyişməmələrinin səbəbindən danışan Dambrauskas bunları deyib:

“İlk oyunda qalib gələndən sonra, xüsusilə də üstün oyun nümayiş etdirmişdinsə, nəyisə kökündən dəyişmək istəmirsən. Eyni futbolu oynamağa çalışırsan və rəqibin addımlarına uyğun reaksiya verirsən. Çünki dəyişiklik etməli olan tərəf məhz rəqib idi.

Fasilədən sonra müəyyən düzəlişlər etdik, boş zonalardan daha yaxşı istifadə etməyə başladıq və hücumlarımız daha təhlükəli oldu. Həmin hücumlardan birində də qol vuraraq oyunun gedişini öz xeyrimizə dəyişə bildik.”

Xəbər xətti